"Azərbaycan bundan sonra da neftin bahalaşmasına öz töhfəsini verəcək"

"OPEC və kartelə daxil olmayan ölkələr üzərilərinə götürdüyü öhdəliklər, bu öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi və yanvar ayından, yəni əldə olunmuş razılığın qüvvəyə mindiyi tarixdən neftin qiymətində müşahidə olunan artım tendensiyası "qara qızıl"ın ədalətli qiymətə çatdırılması istiqamətində addımların doğru olduğunu göstərir".

Bunu energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr sazişin müddətinin 2018-ci ilin birinci rübün sonunadək uzadaraq neftin bahalaşmasına növbəti dəstəyi verəcək: "Bu gün neftin qiymətində volatilliyin azalması, tədricən qiymətdə sabitləşmə OPEC çətiri altında müzakirələrə qatılmış hər bir ölkənin uğurudur. Razılaşdırılmış bəyannaməni imzalayan, sazişə qoşulan, neftin qiymətinin sabitləşməsi məqsədi ilə təşkilat tərəfindən irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycan bu günədək öz öhdəliklərini tam yerinə yetirir. Azərbaycan neft bazarında qiymətlərin sabitliyinə və neftlə bağlı məsələlərin nizamlanmasına bundan sonra da öz töhfəsini verəcək". (apa)

12.10.2017 11:50 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo