"Hər il Maltaya 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qaz çatdıracaq"

“SOCAR-ın strateji inkişaf prioritetləri arasında xarici bazarlarda fəaliyyətinin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur”. 

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib. Onun sözlərinə görə, SOCAR dünya bazarlarına inamla daxil olan müasir rəqabətədavamlı, şaquli inteqrasiya olunmuş şirkət kimi mövqeyini gücləndirməkdədir: “Gürcüstanda Kulevi terminalı, “SOCAR Energy Georgia”, Türkiyə, Ukrayna, Rumıniyada şirkətlərimiz fəaliyyət göstərir. "SOCAR Trading" şirkəti Avropada özünü tanıdaraq Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Malta, Şərqi və Qərbi Avropa, Şimalı və Qərbi Afrika və Aralıq dənizi hövzələrindəki bazarlarda öz mövqelərini möhkəmləndirib. "SOCAR Trading" beynəlxalq şirkətlərdən ibarət konsorsiumun tərkib hissəsi olaraq Malta dövlətinin enerji ehtiyatlarının təmin edilməsi, elektrik stansiyasının inşası və qazlaşdırılması üzrə tenderin qalibi olub. Layihə çərçivəsində 2018-ci ildən etibarən hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazın Maltaya çatdırılması nəzərdə tutulub". (apa)

12.10.2017 11:11 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo