Yeni imzalanan Əsrin müqaviləsi sazişi Azərbaycanın iqtisadi qüdrətini göstərir

Samir Soltanov/AZADİNFORM. “Bu il sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni “Əsrin müqaviləsi” adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir”. 

Azadinform xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017”-də çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda AÇG-də 550 mln. tondan artıq neft ehtiyatının olduğu müəyyən edilib: “Əminik ki, bu, yekun rəqəm deyil. Azərbaycan bu gün neft və qaz ehtiyatlarına görə dünya ictimaiyyətinin diqqətindədir”.  
R. Abdullayev deyib ki, hazırda “Şahdəniz” yatağında illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır: “Yatağın işlənməsinin ikinci mərhələsində isə qaz hasilatı 16 mlrd. kubmetrə çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda bu yatağın işlənməyə hazır olması ilə bağlı işlər uğurla və vaxtlı-vaxtında yerinə yetirilir”.  
Dövlət şirkətinin prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodu, “Petkim” layihələrindən də geniş danışıb.

12.10.2017 10:55 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo