10 xal topladığımız üçün çoxlu tərif aldıq

Samir Soltanov/AZADİNFORM. “Biz böyük uğurlar əldə etmişik. Azərbaycan millisi heç vaxt seçmə mərhələlərdə 10 xal toplamayıb. Buna görə çoxlu tərif aldıq. Dünya çempionu Almaniyaya qarşı iki dəfə oynamaq sevindirici idi”. 

Azadinform xəbər verir ki, bunu Almaniya mətbuatına millimizin futbolçusu Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsində çıxışlarını dəyərləndirərkən bildirib. O qeyd edib ki, Çexiya ilə Bakıdakı görüşdə qasıq nahiyəsindən zədələndiyi üçün Almaniyaya qarşı səfər görüşündə cəmi 20 dəqiqə meydanda olub. 
27 yaşlı futbolçu ikinci bundesliqanın 10-cu turunda qarşılaşacaqları "Qröyter Fürt”lə səfər görüşünədək zədəsini tam sağaldacağını və meydana çıxmağa hazır olacağını bildirib: “Məşqlərə bir günlük ara vermişəm. “Qröyter”lə oyuna hazır olacağam. Rəqib hücum futbolu sərgiləyir və təhlükəlidir. Baş məşqçi dəyişikliyindən sonra çox şey etmək istəyirlər. Döyüş xarakterli oyun olacaq"”.

12.10.2017 10:25 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo