Frankfurtdakı tarixi qüllə tamamilə yanıb

Almaniyanın Frankfurt-Mayn şəhərinin əsas görməli yerlərindən biri olan Höte qülləsi (Goetheturm) tamamilə yanıb.

Məlumata görə, yerli yanğınsöndürmə xidməti Zaksenhauzen bölgəsində baş verən yanğını söndürməyə çalışda da, qülləni yanğından qorumaq mümkün olmayıb.

Yanğının başqa tikililərə keçməsinin qarşısı alınıb. 

Hadisənin səbəbi məlum deyil. Bununla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, hündürlüyü 43 metr olan Höte qülləsi 1867-ci ildə inşa edilib. 1931-ci ildə isə taxta qüllə yenidənqurma işləri sayəsində bərpa edilib. (report)

12.10.2017 10:35 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo