Rusiya Ermənistana 100 milyon dollar kredit verəcək

Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək.

Məlumata görə, belə bir razılaşmanın imzalanması məsələsi Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb. (apa)

12.10.2017 10:05 / Baxılıb: 37 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo