Ötən ay bir çox ərzaq məhsullarının qiymətində ucuzlaşma olub

Adəm Abbaslı/AZADİNFORM. Sentyabrda bir çox ərzaq məhsullarının qiyməti ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Azadinform-a bildirilib ki, ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, kolbasa məmulatlarının, süd məhsullarının, kərə, zeytun və marqarin yağlarının, limonun, portağalın, gavalının, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, sarımsağın, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, bananın, almanın, armudun, qozun, fındığın, soğanın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

12.10.2017 09:50 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo