Avtomobil 6 yaşlı qızı öldürdü - Oğuzda

Oğuzda 6 yaşlı qızı maşın vurub.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, oktyabrın 11-i saat 19.00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü məlum olub.

Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu minik avtomobili vurub.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır. (Apa)

12.10.2017 09:40 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo