Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək

Adəm Abbaslı/AZADİNFORM. Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.

Bildirilir ki, oktyabrın 16-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək.

Tədbirə tikinti və tikinti materialları, İKT, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.

Biznes-forum saat 09:30-dan etibarən Bakı Biznes Mərkəzində (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanında) olacaq.

12.10.2017 09:20 / Baxılıb: 38 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo