Dağıstanda və Yunanıstanda zəlzələ olub

Adəm Abbaslı/AZADİNFORM. Dağıstanın Şamil rayonunda 3,4 bal gücündə zəlzələ baş verib.

“Kavkazskiy Uzel” saytının yaydığı xəbərə görə, saat 21:28-də qeydə alınan yeraltı təkanların episentri Xebda yaşayış məntəqəsi yaxınlığında, ocağı isə 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Yunanıstanın Alonisos adası yaxınlığında isə 5,1 bal gücündə zəlzələ baş verib.

RİA Novosti-nin yaydığı xəbərə görə, yeraltı təkanların episentri Patitiri şəhərindən 31 km şərqdə, ocağı 6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. 

12.10.2017 09:10 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo