MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Oktyabrın 12-də Tacikistanın paytaxtı Düşənbədə MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Azadinform MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, iclasda müdafiə və təhlükəsizlik sahəsinə dair çoxtərəfli əməkdaşlıq məsələləri üzrə müzakirələr aparılacaq.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Ermənistan və Özbəkistan nümayəndə heyətləri, birliyin hərbi-diplomatik korpusunun, MDB İcraiyyə Komitəsi və üzv ölkələrin Müdafiə Nazirləri Şurasının nümayəndələri iştirak edəcək. 

11.10.2017 23:36 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo