Luiş Fiqu UEFA prezidentinin məsləhətçisi oldu

Keçmiş portuqaliyalı futbolçu Luiş Fiqo UEFA-da işə başlayıb.

Azadinform xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, o, prezident Aleksandr Çeferinin məsləhətçisi kimi çalışacaq.

Fiqu bu ilin əvvəlində futbol məsləhətçisi olaraq işə başlayan Nadie Kessler və Deyan Stankoviçə qoşulub.

Qeyd edək ki, Çeferin bir çox müsahibəsində futbol idarəçiliyində keçmiş oyunçuların təcrübəsindən yararlanacağını bildirib.

11.10.2017 23:09 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo