İspaniyanın baş naziri Kataloniyaya beş gün vaxt verdi

Kataloniya rəhbəri Karles Puçdemon oktyabrın 16-dək regional hökumət tərəfindən imzalanan müstəqillik bəyannaməsinə aydınlıq gətirməlidir.

Azadinform-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İspaniya hökumətinin başçısı Mariano Raxoy parlamentin aşağı palatasında çıxış edərkən bəyan edib.

“Cavab müsbət olsa və yaxud olmasa, Puçdemon müstəqillik bəyannaməsinin ləğvi barədə qərar verməlidir”, deyə M.Raxoy qeyd edib. Onun sözlərinə görə, buna görə muxtariyyət rəhbərliyinə oktyabrın 16-dək vaxt verilir.

Ötən gün Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.   

11.10.2017 22:34 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo