Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Azadinform-un məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Məlumata görə, tərəflər Türkiyə ilə ABŞ arasında vizaların verilməsinin qarşılıqlı dayandırılması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

11.10.2017 22:18 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo