"Ukrayna faktiki olaraq MDB-də fəaliyyətini dayandırıb"

"Ukrayna əvvəlki kimi MDB xətti ilə bir sıra tədbirlərdə iştirak edir. Baxmayaraq ki, bu, de-fakto passiv iştirakdır".

Məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib. 

"Təəssüflər olsun ki, Ukrayna hazırda de-fakto MDB-nin bir çox orqanlarında fəaliyyətini dayandırıb. Lakin bununla belə bir sıra orqanların fəaliyyətində iştirak edir. Bir müddət əvvəl Moskvada MDB İqtisadi Şurasının iclası keçirilmişdi, orada Ukrayna nümayəndəsi iştirak edirdi. De-yure Ukrayna MDB-nin tərkibində qalır, de-fakto isə təəssüf ki, onun iştirakı çox passivdir. Bu iştirak sıfıra bərabər deyil, lakin çox passivdir", - deyə S. Lebedev vurğulayıb. (apa)

11.10.2017 21:06 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo