"Qəbələ" və "İnter"in ilk rəqibləri müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda 2017/2018 mövsümünə start verilib.

Azadinform xəbər verir ki, ilkin mərhələdə iki matç keçirilib.

"Ağsu” ilə "Mil-Muğan”ın duelindən qonaqlar minimal hesablı qələbə ilə ayrılıb. MOİK isə evdə "Turan Tovuz”u məğlub edib.

Beləliklə, 1/8 finalda bu görüşlər olacaq: "Qəbələ" - "Mil-Muğan", "Şüvəlan" - "Səbail", "Zirə" - "Xəzər", "Neftçi" - "Zaqatala", MOİK - "İnter", "Kəpəz" - "Binə", "Qarabağ" - "Qaradağ Lökbatan" və "Sumqayıt" - "Sabah".

Növbəti mərhələnin oyunları noyabrın 29-da keçiriləcək.

Azərbaycan Kuboku

1/16 final

11 oktyabr (çərşənbə)

"Ağsu” – "Mil-Muğan” - 0:1

Qol: Vasif Mehrəliyev, 80

Ağsu şəhər stadionu

MOİK – "Turan Tovuz” - 2:1

Qollar: İsmayıl İbrahimli, 13. Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40

"Bakı” FK-nın təlim-məşq bazasının stadionu

11.10.2017 20:54 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo