Barselona rekord məbləğdə gəlir əldə edib

İspaniyanın “Barselona” klubu 2016/2017 mövsümündə rekord məbləğdə gəlir əldə edib. 

Azadinform xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi “Twitter” hesabında məlumat yerləşdirilib.

Bildirilir ki, klubun qazancı 708 milyon avro olub. Xərclər isə 677 milyon avro təşkil edib. Başqa sözlə, klub 31 milyon avro xalis mənfəət əldə edib.

Qeyd edək ki, “Barselona” 2015/2016 mövsümündə 679 milyon avro gəlir götürüb. Kataloniya təmsilçisi bu yay braziliyalı Neymarı Fransa PSJ-sinə 222 milyon avroya satmaqla yeni rekord müəyyənləşdirib.

11.10.2017 20:11 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo