Rəşad Sadıqov avtomobili ilə qəza törədib

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib. 

Məlumata görə, hadisə bu gün baş verib. Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Sadıqov Binə yolunda idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb. Hazırda onun vəziyyətinin yaxşıdır. 

Qeyd edək ki, qəza ilə bağlı ilk məlumatı yenicag.az saytı yayıb. (qol.az)

11.10.2017 18:35 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo