Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu göndərib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

11.10.2017 18:08 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo