UEFA Azərbaycan və Ermənistanı eyni qrupa salmadı

Samir Soltanov/AZADİNFORM. UEFA Millətlər Liqasının püşkatma mərasimində Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcəklər. 

Azadinform xəbər verir ki, UEFA bu iki ölkə ilə yanaşı, Rusiya və Ukraynanın da B Divizionunda fərqli qruplara salınması barədə qərar qəbul edib. Səbəb kimi ölkələrarası münasibətlərin olmaması göstərilib. Millətlər Liqasında UEFA-ya üzr olan 55 yığma 4 diviziona bölünüb. Hər bir divizionda 4 qrup olacaq.  
Artıq püşkatma üçün səbətlərin tərkibi də müəyyənləşib. Azərbaycan D liqasında I səbətdə yer alıb.

 

 

A liqası

 

I səbət

 

Almaniya, Portuqaliya, Belçika, İspaniya

 

II səbət

 

İsveçrə, Fransa, İngiltərə, İtaliya

 

III səbət

 

Polşa, İslandiya, Xorvatiya, Hollandiya

 

 

B liqası

 

I səbət

 

Avstriya, Uels, Rusiya, Slovakiya

 

II səbət

 

İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

 

III səbət

 

Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

 

 

C liqası

 

I səbət

 

Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya

 

II səbət

 

Yunanıstan, Serbiya, Almaniya, Norveç

 

III səbət

 

Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

 

IV səbət

 

Kipr, Estoniya, Litva

 

 

D liqası

 

I səbət

 

Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan

 

II səbət

 

Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

 

III səbət  

 

Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

 

IV səbət

 

 

Andoora, Kosovo, San Marino, Cəbəllütariq

11.10.2017 16:10 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo