Türkiyə öz sağlam düşüncəsindən əl çəkməyəcək Yıldırım

Ləman Hüseynzadə / AZADİNFORM. Baş nazir Binəli Yıldırım ABŞ ilə Türkiyə arasında yaranan viza böhranı barədə açıqlama verib.

Azadinform xəbər verir ki, nazir bu barədə icra başçıları ilə Ankarada təşkil edilən iclasda bildirib. 

“Son günlərdə ABŞ ilə yaşadığımız viza böhranı gündəmin ən çox danışılan mövzularından biridir. Ümidimiz münasibətlərin qısa müddətdə normala dönməyidir”, - deyən Yıldırım qeyd edib ki, Türkiyə bu mövzuda öz sağlam düşüncəsindən əl çəkməyəcək: “Amerika təhlükəsizlik zəifliyini iddia edərək viza əməliyyatlarını dayandırdığını açıqladı. Biz də öz ölkəmizə yaraşanı etdik. Qarşılıqlılıq əsasında eyni reaksiyanı verdik”.

11.10.2017 15:51 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo