Nazirlik vəhşi quşu saxlayan şəxsi cərimələdi 500 AZN

Samir Soltanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində reyd keçirilib. 

Nazirliyin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, reyd zamanı Bakı şəhər sakini Taleh Cəfərquliyev Qaradağ rayonu Şıxov çimərliyinin sahil zolağında vəhşi qırğı quşunu gəzdirərkən saxlanılıb. 

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib. 

Vəhşi quş götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

11.10.2017 15:37 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo