Ana və oğuldan cinsiyyət dəyişimi Ata-qız oldular

Samir Soltanov/AZADİNFORM. Avstraliyada maraqlı hadisə baş verib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana-oğul Erica və Corey Maison cinsiyyətini dəyişdirib. Ana Erica cinsiyyətini dəyişdirib Eric adlı kişi olmaq niyyətindədir. 11 yaşından bəri özünü qız kimi hiss edən Corey Maison isə ailəsinin dəstəyi ilə əməliyyat oldu və gənc bir qız olaraq həyatına davam etməyə başladı. Anası isə qızının əməliyyatından 4 il sonra həyatına kişi olaraq davam etmək istədiyini açıqladı və cinsiyyət dəyişən həblər qəbul etməyə başlayıb. Önümüzdəki il üçün əməliyyat olmağı planlaşdıran Eric artıq bir ana deyil, ata olaraq həyatına davam etdirmək istəyir. 

Ana-oğuldan ata-qıza çevrilən ailənin hekayəsi “National Geographic”in xüsusi seriası olan “Cinsiyyət İnqilabı” proqramında yayımlanacaq.

11.10.2017 15:20 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo