Bu dövlətlər daha çox Ermənistanın arxasında dayanır

Leyla Məhərrəmova / AZADİNFORM. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupundan çox şey gözləmək doğru deyil.

Bu fikri Azadinform-a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin analitiki Çağatay Balcı deyib. O bildirib ki, Minsk qrupuna üzv dövlətlər beynəlxalq hüquqa əsasən Azərbaycan torpaqlarının işğal altında olduğunu bilirlər, lakin buna əhəmiyyət vermirlər: “Bu dövlətlər daha çox Ermənistanın arxasında dayanır. Ermənistan da bu dövlətlərdən aldığı güclə işğalı davam etdirir və hətta bəzən təhdidlər də edir”.

Analitik hesab edir ki, Minsk qrupu və onun çərçivəsində keçirilən görüşlər Qarabağ münaqişəsinin həllinə təsir etməyəcək: “Qarabağ münaqişəsinin həlli Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü inkişaf etdirməsi yolu ilə və hər zaman yanında olan Türkiyənin dəstəyi ilə mümkündür”.

11.10.2017 15:10 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo