Görkəmli şəxsiyyətlərin xatirə lövhələrini oğurlayan şəxslər saxlanılıblar

Eşqin Nuruşov/AZADİNFORM. Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərindəki xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Azadinform-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbaildə yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

Dəstə üzvü olan H. Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N. Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.

11.10.2017 14:40 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo