Sarkisyan Rusiyaya qarşı siyasi şantajla məşğuldur

Leyla Məhərrəmova / AZADİNFORM. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə tərəflər arasında məsləhətləşmə məqsədi daşıyırdı.

Bu fikri Azadinform-a politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, aprel döyüşlərindən sonra Ermənistan qarşısında şərtlər qoyulmuşdu. Lakin bu ölkə danışıqları pozmaqda davam edir: “İndi beynəlxalq proseslərdə mühüm dəyişikliklər baş verməkdədir. Ermənistan da bunu başa düşür. Bu yaxınlarda Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın “işğal edilmiş bəzi rayonları qaytaracağıq” deməsi təsadüfi deyildi”.

Politoloq qeyd edib ki, Serj Sarkisyan hakimiyyətdən bərk yapışaraq danışıqlarda pozuculuqla məşğuldur. Onun sözlərinə görə, Sarkisyan bir müddətdir ki, keçən ilin yayında olduğu kimi Rusiyaya qarşı siyasi şantajla məşğuldur: “Hesab edirəm ki, siyasi proseslər dinamikdir, bu dinamik proseslərə dərhal reaksiya vermək lazımdır. Ona görə ermənilər başa düşür ki, bu vəziyyət uzun müddət qalmayacaq”.

11.10.2017 13:45 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo