TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib

Nigar İsfəndiyar/AZADİNFORM. TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.

TRT-nin Bakı təmsilçiliyindən Azadinform-a verilən məlumata görə, 3 ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Yıldıray Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanallarından dünyaya çatdırıb. Y. Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Ulu öndər Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan almışdır.

O, Oktyabr ayında Türkiyəyə qayıdacaq.

TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Murat Akkoç təyin edilib. M.Akkoç uzun müddət TRT AVAZ Kanal Koordinatoru olaraq fəaliyyət göstərərək  Azərbaycan həqiqətlərinin TRT AVAZ kanali vasitəsi ilə Dünyaya çatdırılmasında müstəsna xidmətləri vardır.

11.10.2017 11:33 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo