AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq

Samir Soltanov/AZADİNFORM. AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq. 

Azadinform xəbər verir ki, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində plenar iclaslarda “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq. 

“Azərbaycanda demokratik təsisatların fəaliyyəti” üzrə məruzənin müəllifləri Sezar Florin Predan və Stefan Şennak, ikinci məruzənin müəllifi isə Alen Desteksdir. 

Azərbaycan Milli Məclisinin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

11.10.2017 10:38 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo