Aryen Robben milli komanda ilə vidalaşdı

Samir Soltanov/AZADİNFORM. “Bavariya”nın hollandiyalı futbolçusu Aryen Robben milli komandada karyerasını sonlandırıb. 

Azadinform xəbər verir ki, A. Robben DÇ-2018-in seçmə mərhələsinin son turunda İsveçlə keçirilən matçdan sonra bu qərara gəlib. Hollandiya millisi Robbenin qolları sayəsində 2:0 hesablı qələbə qazansa da, bu, “narıncılar”ın mundialın final mərhələsinə yüksəlməsi üçün yetərli olmayıb. Nəticədə 33 yaşlı yarımmüdafiəçi yığma ilə vidalaşmağa qərar verib. 

Qeyd edək ki, Aryen Robben 2003-cü ildə debüt etdiyi millidə 96 oyunda 37 qola imza atıb. O, “narıncılar”ın heyətində dünya çempionatının gümüş və bürünc medalını, həmçinin Avropa çempionatının bürünc medalını qazanıb.

11.10.2017 10:25 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo