Azərbaycan səfiri etimadnaməsini Ruanda prezidentinə təqdim edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının Prezidenti cənab Pol Kaqameyə təqdim edib.

Azərbaycan XİN-dən Azadinform-a verilən məlumata görə, Ruanda Prezidenti ilə keçirilmiş görüş zamanı səfir Elman Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Pol Kaqameyə çatdıraraq, Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycan Respublikasının bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Ruanda Prezidenti Pol Kaqame öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və ehtiramının çatdırılmasını xahiş edərək, Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. Prezident P.Kaqame Azərbaycanın sürətli inkişafının ona yüksək təəssürat bəxş etdiyini vurğulayıb.

Ruanda Prezidenti səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.

11.10.2017 09:35 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo