DÇ-2018: Avropa zonasında qrup oyunlarının yekun NƏTİCƏLƏRİ

Adəm Abbaslı/AZADİNFORM. DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulub.

Məlumata görə, sonuncu oyun günündə A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gəlib.

A qrupunda Fransa ilk pillədə qərarlaşaraq, mundiala birbaşa yollanmaq hüququ qazanıb. İkinci yerin sahibi isə İsveç yığması olub. Onlar sonuncu turda Hollandiyaya 0:2 hesabı ilə uduzsalar da, pley-offa yüksəliblər. 

B qrupunda birinci yer uğrunda mübarizə sona qədər davam edib. Yekunda İsveçrəni 2:0 hesabı ilə üstələyən Portuqaliya millisi dünya çempionatının final mərhələsinə birbaşa yollanacaq komanda adına yiyələnib. İsveçrə isə qrup ikincisi kimi pley-offda iştirak edəcək. 

H qrupunun birincisinin Belçika yığması olacağı əvvəldən məlum idi. İkincilik uğrunda mübarizədə isə Yunanıstan üstün tərəf olub və pley-offa qatılmaq hüququna yiyələnib. 


DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

X tur

 

A qrupu

 

Hollandiya - İsveç - 2:0

Qollar: Robben, 15 (pen.), 40

Fransa - Belarus - 2:1

Qollar: Qrizmann, 27; Jiru, 33 - Saroka, 44

Lüksemburq – Bolqarıstan - 1:1

Qollar: Till, 3 - Çoçev, 68


B qrupu

 

Portuqaliya - İsveçrə - 2:0

Qollar: Curu, 41 (avtoqol); Andre Silva, 57

Macarıstan - Farer adaları - 1:0

Qol: Bode, 81

Latviya – Andorra - 4:0

Qollar: İkaunieks, 11; Sabala, 19, 59; Tarasovs, 63


H qrupu

 

Yunanıstan - Cəbəllütariq - 4:0

Qollar: Torosidis, 32; Mitroğlu, 61, 63; Canniotas, 78

Estoniya - Bosniya və Herseqovina - 1:2

Qollar: Antonov, 75 - Hayroviç, 48, 84

Belçika - Kipr - 4:0

Qollar: Azar, 12, 52, 62 (pen.); Lukaku, 78

11.10.2017 09:20 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo