Millimizin UEFA Millətlər Liqasında çıxış edəcəyi divizion bəlli oldu

Adəm Abbaslı/AZADİNFORM. Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü divizionda çıxış edəcək.

Məlumata görə, bu 2018-ci il dünya çempionatının qrup mərhələsinin Avropa zonasında seçmə oyunlarının yekunlarına əsasən məlum olub.

Millətlər Liqasında 55 Avropa yığması çıxış edəcək, onlar dörd diviziona bölünəcək (A, B, C, D). Hər divizionda 4 qrup olacaq, onların püşkü yanvarın 24-də Lozanna şəhərində keçiriləcək.


Qrupların tərkibi:


A divizionu:

Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya və Niderland. Divizion 4 qrupdan ibarət olacaq.


B divizionu:

Avstirya, Uels, Russiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya və Türkiyə. Divizion 4 qrupdan ibarət olacaq.


C divizionu:

Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya və Litva. Divizionda 3 komandadan ibarət bir qrup və 4 komandada ibarət 3 qrup olacaq.


D divizionu:

Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Qazaxıstan, Moldova, Latviya, Lüksemburq, Farer Adaları, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllüttariq və Kosovo. Divizion 4 qrupdan ibarət olacaq.


Turnirə 2018-ci ilin sentyabrında start veriləcək, onun qalibi isə 2019cu ilin iyun ayında məlum olacaq.

11.10.2017 09:05 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo