Mənim səfirim belə bir şey etsə, onu bir saat belə saxlamaram

Ləman Hüseynzadə / AZADİNFORM. “Bu problemi biz başlatmadıq. Problemin səbəbkarı ABŞ özüdür”.

Azadinform xəbər verir ki, bu fikri prezident Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı ilə ortaq təşkil etdiyi mətbuat konfransında ABŞ və Türkiyə arasında vizanın dayandırılması ilə bağlı ünvanlanan suala cavab olaraq qeyd edib. 

O bildirib ki, ABŞ idarəçilərinin Türkiyə xarici işlər naziri ilə görüşməməyi başa düşülməyəcək bir mövzudur: “Ankaradakı bir səfirin belə bir qərar almağı və daha sonra “Bu qərarı dövlətim adına aldım” deməyi düşündürücüdür. Əgər vəziyyət belədirsə ABŞ-dakı böyüklərlə danışacaq heç bir şeyimiz yoxdur. Yox, əgər vəziyyət belə deyilsə də səfir öz beyni ilə buna qərar veribsə, o zaman ABŞ o səfiri bir dəqiqə belə saxlamamalıdır. Mənim səfirim belə bir şey etsə, biz onu orda 1 saat saxlamarıq. Sən necə yəni Türkiyə - ABŞ münasibətlərini pozarsan. Bu onu göstərir ki, İstanbul Baş Konsulluğunda nələrsə çevrilir. Bu agentlər ABŞ Baş Konsulluğuna necə daxil oldu, bunları buraya kim saldı? Heç bir dövlət bu cür agentlərə icazə verməz. Türkiyə Cümhuriyyəti bir qəbilə dövləti deyil. Əsrlərə gedib çıxan təcrübəsi var. Nazirlərim və şəxsən mən bu səfiri qəbul etmirik və onu ABŞ təmsilçisi olaraq görmürəm”.

10.10.2017 17:30 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo