Prezident daim diqqəti əsas məqamlara yönəldib

Leyla Məhərrəmova / AZADİNFORM. Nazirlər Kabinetinin dünənki iclasında Prezident İlham Əliyev tərəfindən qaldırılmış məsələlər hamısı aktualdırlar. Onların müqəddəratı inkişafı meyllərini gücləndirmə nöqteyi-nəzərdən qiymətləndirilməlidir.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, hesabatlar dinlənildikdən sonra verilən tövsiyə və tapşırıqlar konkret sahələrə aid olduğundan əhəmiyyət daşıyırlar.

Politoloq vurğulayıb ki, ölkə indi belə vəziyyətdədir ki, onun iqtisadi potensialı sistemli şəkildə artmalıdır: “Çünki müharibə hər zaman başlaya bilər və düşmən buna can atır. Əgər iqtisadiyyatın nəbzi qənaətbəxş ritmdə döyünəcəksə, onda bütün gözləntilər doğrula bilər. Təsadüfi deyil ki, prezident həmişə bu kimi tədbirlərdə mütləq şəkildə Qarabağ probleminin həllindən, danışıqların gedişatından məlumatlar verir, öz münasibətini bildirir”.

T. Abbasov əlavə edib ki, sağlam dövlətin iqtisadiyyatı şübhə və suallar doğurmalı deyil: “Belə olduqda həm sosial blok, insanların rifahı, ümidverici hal alırlar”.

Politoloqun fikrincə, buna tək can atmaq yox, həm də bu istiqamətlərdə məmurlar, istehsal qüvvələri, planlaşdıran təsisatlar və s. hamısı həmahəng çalışmalıdırlar: “Buna görə də prezident daim diqqəti əsas məqamlara yönəldib komanda üzvlərini, həmvətənləri əməli işlərdə fəal olmağa səsləyir. Hesab edirəm ki, bu həqiqət və mətləbləri nəzərdə saxlamağa dəyər”.

10.10.2017 17:07 / Baxılıb: 360 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo