Serbiya ilə əlaqələrimizi qısqananlar olacaq Ərdoğan

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və serbiyalı həmkarı Aleksandar Vuçiç ortaq mətbuat konfransı təşkil edib.

Azadinform xəbər verir ki, konfransda çıxış edən Ərdoğan Serbiya ilə 12 məsələdə razılaşma imzaladıqlarını qeyd edib: “Daha 4 razılıq da imzalayacağıq. Bizim iş adamlarımızın bir qismi Serbiyada fəaliyyət göstərir. Onlarla da görüşəcəyik. Bunlar özlərini həm ölkəmizdə, həm də beynəlxalq ictimaiyyətdə sübut etmiş insanlardır. Türkiyə və Serbiya əhalisinin ümumi sayı 87 milyondan çoxdur, beləliklə ticarət həcmini artırmaq mümkündür. Bizim Serbiya ilə yaxınlaşmağımıza pis münasibət göstərənlər olacaq. Bəziləri bunu qısqanacaq”.

10.10.2017 16:42 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo