Nazirlik 4 nəfərin yol qəzasında ölümü ilə bağlı məlumat yayıb

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi Sabirabadda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, oktyabrın 9-da saat 07 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Füzuli rayon sakini Nəriman Mustafayevin idarə etdiyi “Mercedes” və İmişli rayon sakini Mövsüm Rəsulovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə N. Mustafayev və sərnişinlərindən həmyerliləri Səxavət Rəsulzadə və Elsevər Quluzadə hadisə yerində ölüb, digər sərnişinləri Etibar Eyvazlı və Araz Kərimli xəstəxanaya yerləşdiriliblər. E. Eyvazlı orada ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

10.10.2017 15:07 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo