Avtomobildə xeyli sayda fişəng aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Gömrükdə avtomobildə 320 ədəd fişəng tapılıb.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

10.10.2017 12:00 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo