Deputat: Həmsədrlərin davranışı onların belə yanaşmadan uzaq olduqlarını göstərir

Leyla Məhərrəmova / AZADİNFORM. “ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ilk növbədə, Ermənistan tərəfinin bu münaqişəyə dair apardığı uydurma təbliğata baxmayaraq, bu problemin mövcudluğunu və həllinin zəruriliyini göstərir”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat vurğulayıb ki, lakin səfər “səfər xatirinə” olmamalıdır. Problem həll edilməlidir: “Əgər həmsədr ölkələr münaqişənin ədalətli həllini istəyirlərsə, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun və digər ərazilərinin işğalı faktının aradan qaldırılmasına çalışılmalıdır”. 

M. Qasımlı vurğulayıb ki, sonra isə regionun statusu və digər məsələlərin müzakirəsi başlaya bilər: “Lakin həmsədrlərin davranışı onların belə yanaşmadan uzaq olduqlarını göstərir”.

10.10.2017 11:05 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo