Ərdoğan Serbiyadadır

Adəm Abbaslı/AZADİNFORM. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya rəsmi səfərə gəlib.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, prezidenti böyük nümayəndə heyəti müşayiət edib: Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Suluhi Akar, baş nazirin müavini Fikri İşık, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika naziri Berat Albayrak, Aİ işləri üzrə nazir Ömər Çelik və iqtisadiyyat naziri Nihat Zeybekçi.

Ərdoğan Serbiyanın prezidenti Aleksandr Vuçiç və parlament spikeri ilə görüşməyi planlaşdırır. Onlar həmçinin ikitərəfli məsələlərə dair danışıqlar aparacaq və bir sıra sazişlər imzalayacaqlar.

Məlumata əsasən, rəsmi səfər iki gün davam edəcək.

10.10.2017 09:45 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo