Arif Rəhimzadə: “Fransa xarici siyasətində çoxlu çətinlik yaşayacaq”

Mübariz Aslanov/AZADİNFORM. “Əminəm ki, Fransa Senatında qondarma erməni soyqırımı ilə bağlı qərar hec vaxt bu dövlətə baş ucalğı gətirməyəcək, əksinə, Fransa bu məsələ ilə bağlı xarici siyasətində çoxlu çətinlik yaşayacaq”. “Azadinform” xəbər verir ki, bunları Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

O qeyd edib ki, Fransa Senatı uydurma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan sənədi hansısa kiçik bir məqsəd üçün qəbul edib, amma fəsadları böyük olacaq. “Bir vaxtlar Xolokost barədə qərar qəbul olunmuşdu. Bu, müharibədən dərhal sonra hərbi məhkəmə tərəfindən sübuta yetirilərək qəbul olunan qərar idi. Lakin sübuta yetirilməyən bir iddia ilə bağlı belə bir qərarın qəbul olunması məntiqsizlikdir. Yadımdadır, ermənilər uydurma soyqırımı məsələsini qaldıranda əvvəlcə 600, sonra 700, daha sonra 800 min insanın öldürüldüyünü deyirdilər. İndi isə bu rəqəmi 1 milyona yarıma çatdırıblar. Heç o zaman Türkiyədə bu qədər erməni olmayıb” - deyə A.Rəhimzadə vurğulayıb. Komitə sədri deyir ki, bundan sonra ATƏT-in Minsk Qrupu çətin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv qərar verə bilər.

24.01.2012 14:34 / Baxılıb: 31 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo