AŞPA yeni prezidentini ikinci turda da seçə bilmədi - YENİLƏNİB

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentini ikinci turda da seçmək mümkün olmayıb. 

Kiprli Stella Kyriakides 121 səs, litvalı Emanuelis Zingeris isə 69 səs alıb.

Namizədlərdən birinin qalib gəlməsi üçün minimum 152 səs yığması tələb olunur.

Sabah səhər saatlarında seçkilərin sonuncu - üçüncü turu keçiriləcək. Üçüncü turda daha çox səs yığacaq namizəd qurumun prezidenti elan ediləcək. 

 

*** 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidentini ilk turda seçmək mümkün olmayıb.

AŞPA-nın bu gün başlayan payız sessiyasında oktyabrın 6-da qurumun prezidenti vəzifəsindən istefa vermiş Pedro Aqramuntun yerinə yeni prezident seçilməli idi. Lakin səsvermə nəticəsində prezidentliyə namizədlər - Avropa Xalq Partiyası qrupundan (EPP) xanım Stella Kyriakides (Kipr - 126 səs) və Emanuelis Zingeris (Litva - 84 səs) lazım olan qədər səs toplaya bilməyib. 

Səsvermədə iştirak edən deputatların sayı az olduğundan ikinci tur elan edilib. İkinci tur da bu gün keçiriləcək. 

Qeyd edək ki, yeni prezident 2018-ci ilin yanvar ayına qədər bu vəzifəni icra edəcək. AŞPA-nın yanvarda keçiriləcək qış sessiyasında quruma yeni prezident seçiləcək. 

Pedro Aqramuntun AŞPA prezidenti postunda səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı. (apa)

9.10.2017 20:53 / Baxılıb: 46 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo