Məşhur fransız aktyor vəfat etdi

Məşhur fransalı aktyor Jan Roşfor 87 yaşında vəfat edib.

Məlumata görə, o, Paris xəstəxanalarının birində dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, J.Roşfor 1950-ci illərdə aktyorluq karyerasına başlamışdı. O, “Varis”, “Möhtəşəm Anjelika”, “Fanfan-zanbaq”, “Qara çəkməli hündür sarışın” və digər filmlərdəki rolları ilə şöhrət qazanmışdı. (trend)

9.10.2017 16:10 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo