Türkiyənin sərhədlərində təhlükə, təhdid var"

Ləman Hüseynzadə / AZADİNFORM. “İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına Qərb dəstək verir. Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə laqeyd yanaşa bilməz”.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız İdlibə getdilər. Biz də İdlibdə sülhü, atəşkəsi təmin etməliyik. Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik”. 

İraqda baş verənlərə münasibət bildirən Ərdoğan qeyd edib ki, 400 min türkmənin yaşadığı bir şəhər olan İraqın Ninova bölgəsində yerləşən Telafər qəsəbəsində hazırda 8-10 min türkmən var: “100 minə qədər telafərli də hazırda Türkiyədədir. Bu qardaşlarımızın haqqını qorumamalıyıqmı? Bəziləri deyirlər ki, İraq və Suriyada nə işiniz var, Türkiyənin daxili problemləri ilə məşğul olun. Suriya və İraqdan qaçanlar hara üz tutur? Türkiyəyə! Biz Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, sabah daha böyük fəlakətlərlə üzləşərik. Biz Türkiyənin Suriya və İraqdan qaynaqlanan təhdidlərlə küncə sıxışdırılmasına yol verməyəcəyik. Biz təhdidləri mənbəyində aradan qaldıracağıq. “Fərat qalxanı” bunun ilk addımı oldu, bu gün İdlib əməliyyatı ilə davam edir. Bizə dost olmayanlara da sözümüz odur ki, bir gecə xəbərsiz gələ bilərik”.

9.10.2017 11:55 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo