Uçan taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq

Dubayda "Gitex" sərgisində uçan pilotsuz taksi və "ağıllı piyada keçidi" təqdim olunacaq.

Uçan taksi Almaniyanın "Volocopter" istehsalçısı ilə birgə yaradılıb. Uçan taksilər Dubay hökümətinin planın bir hissəsi olacaq. Hökümətin planına görə, 2030-cu ilə qədər Dubayın bütün nəqliyyatının 25 faizi pilotsuz olacaq.

Pilotsuz taksi 2 sərnişin üçün layihələşdirilib. Maksimal uçuş müddəti 30 dəqiqə təşkil edir, orta sürət - saatda 50 kilometr, maksimak sürət - saatda 100 kilometr.

Bundan əlavə sərgidə "ağıllı piyada keçidi"də təqdim olunacaq. Bu keçiddə işıqforun əməliyyat sistemi yerüstü optik sistemə qoşulmuş ötürücülərlə işə salınır.

Ötürücülər piyadaların hərəkətlərini hesablayır və işıqforun siqnalını qalan zamanını avtomatik təshih edir. Bu isə piyadaların yolu təhlükəsiz keçməyini təmin edir

Qeyd edək ki, "Gitex" sərgisi bu gün başlayıb və oktyabrın 12-sinə qədər davam edəcək. (trend)

8.10.2017 18:34 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo