Arıların naviqasiya sistemi olduğu müəyyənləşdi

Sürəti və istiqaməti müəyyənləşdirən neyronların aşkarlanması ilk dəfə alimlərə arıların “naviqasiya sistemi”ni ortaya çıxarmağa kömək edib.

Edinburq Universitetinin bir qrup alimi İsveçin Lund Universitetinin əməkdaşları ilə birgə tropik meşələrdə yaşayan gecə arılarının beyin fəaliyyətini tədqiq etməklə maraqlı nəticəyə gəliblər.

Alimlər müşahidələrdən sonra arının beyninin kompüter modelini hazırlayaraq robot üzərində sınaqdan keçiriblər. Belə qənaətə gəlinib ki, bu sistem gələcəkdə GPS və bahalı kompüter mexanizmi tələb etməyən yeni naviqasiya şəbəkəsinin qurulması baxımından önəmli töhfə ola bilər. (azərtac)

7.10.2017 21:48 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo