Ceyms Vuds karyerasını başa vurdu

Adəm Abbaslı/AZADİNFORM. Məşhur Hollivud aktyoru Ceyms Vuds aktyorluq karyerasını bitirmək qərarına gəlib.

RİA Novosti-nin yaydığı xəbərə görə, 70 yaşlı aktyor bildirib ki, bundan sonra həyatını sevimli məşğuliyyətləri – səyahət etmək, foto çəkmək, qolf oynamağa həsr edəcək.

Ceyms Vuds “Videodrom”, “Kazino”, “Bir dəfə Amerikada”, “Pişik gözü” kimi filmlərdə çəkilib. 1986-cı ildə “Salvador” filmində ifa etdiyi rola görə “Oskar” mükafatına nominasiya edilib. 1998-ci ildə Ceyms Vuds Hollivudun Şöhrət xiyabanında şəxsi “ulduza” layiq görülüb.

7.10.2017 12:10 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo