Gömrükdə bəyan edilməyən dərman preparatları aşkar edilib

Adəm Abbaslı/AZADİNFORM. Gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşına məxsus avtomobildəki əl yükləri "HCVG vizual Smiths Detection" yoxlama-baxış sistemindən keçirilən zaman qurğunun monitorunda dərman preparatlarının təsviri görünüb.

Həmin yükə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

7.10.2017 12:00 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2017
    17.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo