Milli Şura mitinqini təxirə saldı

Saytlarda və sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin adından bu gün keçiriləcəyi planlaşdırılan mitinqin təxirə salınacağı ilə bağlı məlumat yayılıb.

Azadinform musavat.com-a istinadən xəbər verir ki, bu barədə big.az saytı məlumat yayıb. Bildirilir ki, AXCP sədri Əli Kərimlinin facebook profilindən yayılan xəbərdə mitinqin təxirə salınma səbəbləri göstərilir. İddia olunur ki, bu barədə "Milli Şuranin 7 oktyabr mitinqinə sən də qoşul" səhifəsində də məlumat gedib.

Sayt yazır ki, Əli Kərimli bir neçə gündür hazırlıq görülən, hətta Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqin təxirə salınacağı ilə bağlı rəsmi səhifəsində paylaşım edib. O qeyd edib ki, mitinq müəyyən müddətə təxirə salınır.

Sayt sözügedən paylaşımın scrin versiyasını da yayıb. Bununla bağlı əlavə məlumatlar yayılacaq.

7.10.2017 10:50 / Baxılıb: 634 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo