Prezident Göyçayda yol tikintisinə 6,4 milyon manat ayırdı

Samir Soltanov/AZADİNFORM. Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. On bir min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon (altı milyon dörd yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6.10.2017 17:59 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo