Karvansarayı plaza ilə əvəz edənlər dilimizi sevməyən şəxslərdir

Leyla Məhərrəmova / AZADİNFORM. Bizim dilimizin problemi yoxdur, böyük sınaqlardan keçib dövlətin rəsmi dili olub.

Azadinform xəbər verir ki, bunu Xalq yazıçısı Sabir Rüstəmxanlı “Ədəbi dilin qorumasında KİV-in rolu” mövzusunda keçirilən konfransda deyib. O qeyd edib ki, dilin gözəlliyini, çevikliyini qorumalıyıq. S. Rüstəmxanlının sözlərinə görə, brend mağazaların adları bizim dildə də yazılmalıdır, lakin yazılmır: "Hesab edirəm ki, ümumi qınaq və nəzarət olunmalıdır. Dilimizdə "karvansaray" sözü olduğu halda bunun əvəzində "plaza" sözü işlənir". O qeyd edib ki, bu addımı atanlar dilimizi sevməyən şəxslərdir.

6.10.2017 13:05 / Baxılıb: 494 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo